DƏNİZ YIĞIM QAZ KƏMƏRLƏRİNDƏ FAZA ÇEVRİLMƏLƏRİ NƏTİCƏSİNDƏ YARANAN KARBOHİDROGEN İTKİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Author:

Elman İskəndərov, Səbinə İbadova Elman İskəndərov, Səbinə İbadova

Abstract

Dəniz mədənlərində hasil edilən quyu məhsulu yığım məntəqələrində ilkin hazırlıq mərhələsini keçərək, sualtı kəmərlərlə sahilə nəql edilən zaman onun keyfiyyət göstəriciləri dəyişikliyə məruz qalır. Tədqiqatlar göstərir ki, dənizdə yığım sistemlərində meydana çıxan problemlər, əsasən axınların multifazalılığı və çoxkomponentliyi ilə bağlıdır. Baş verən faza çevrilmələrindən kəmərin daxili səthinin çirklənməsi yığım-nəql sistemlərində istismar xərcləri artırır. Qazın tərkibindəki maye və mexaniki hissəciklərin ayrılaraq boru daxilində çökməsi sualtı boru kəmərlərində tıxacların əmələ gəlməsi və texnoloji çətinliklərin yaranması ilə nəticələnir. Qazın ilkin hazırlanması qurğularında qeyri-mükəmməl separasiya nəticəsində buxar halında olan kondensat və su qazla birlikdə nəql sisteminə keçir. Qazın sonraki nəqli zamanı nəql şəraitinin dəyişilməsi termodinamik parametrlərin dəyişməsinə səbəb olur. Belə ki, yüngül karbohidrogenlərin və suyun buxarları təkrar kondensləşir və mayeyə çevrilir. Beləliklə, bu, növbəti dəfə faza çevrilmələrinin baş verməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, separatorlardan nəql sistemlərinə (boru kəmərinə) maye buxarlarının daxil olmasının əsas səbəbi separasiya prosesinin qeyri-mükəmməl olması, eləcə də, qaz kəmərində baş verən drosselləşmə və sürtünmə prosesləri nəticəsində nəql olunan qazın temperaturunun və təzyiqinin dəyişməsidir. Məqalədə karbohidrogenlərin yığılması və nəqli zamanı baş verən itkilərin əsas mənbələrindən biri olani faza çevrilmələrindən meydana çıxan qaz itkilərinin qiymətləndirilməsinə baxılmışdır. Karbohidrogenlarin nəqli zamanı termodinamik parametrlərin tərəddüdlərindən baş verən faza çevrilmələri tədqiq edilmiş, maksimal kondensləşmə təzyiqinin qiyməti hesablanmış və karbohidrogen itkilərinin miqdarının bu qiymətdən asılılıq dinamikası müəyyən edilmişdir. Açar sözlər: Karbohidrogen qarışıqları, multifazalılıq, faza çevrilmələri, kondensləşmə, karbohidrogen itkiləri, borudaxili seperasiya.

Publisher

Education Support and Investment Fund NGO

Subject

Microbiology

Reference12 articles.

1. E.Kh.Iskandarov. Neftin, gazin negli ve saxlanmasinda nezaret-diagnostika usullari.- Baku: “Elm”, 2023, 327p

2. Ismayilov G.G. Elekberov Y.Z., Iskandarov E.Kh. ve b. Ekstremal sheraitlerde gazlarin yigilmasi, hazirlanmasi ve neqli. - Baku: ELM neshriyyati, 2018, 506p.

3. Gafar G. Ismayilov Vugar M. Fatalıyev Elman Kh. Iskandarov. Inverstigating the impact of dissolved5 natural gas on the flow characteristics of multicomponent fluid in pipelines // Open Phys., 2019, 17, p.206-213

4. Мirzecanzade А.Kh., Kuznetsov О.L., Basniev K.S. i dr. Osnovi texnologi dobichi gaza. - Moskva: Nedra, 2003, 806 p.

5. Ismayilov G.G., Iskandarov.E.Kh., Zeynalova G.A., Khalilov F.T. Meden boru kemerlerinde texnoloji chetinlikler ve onlarin aradan qaldirilmasi yollari // “NGGP ve K” ETI Elmi eserleri, - Baku, 2018, XVIII cild, p. 281-287.

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3