SUVURMA SİSTEMLƏRİNİN TƏHLİLİ ƏSASINDA NEFT LAYINA SUYUN VURULMASININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI

Author:

Dinarə Hüseynova, Kamran Ağayev Dinarə Hüseynova, Kamran Ağayev

Abstract

İlkin neftçıxarma üsulları çox vaxt layların bütün potensialını mənimsəyə bilmədiyindən, suyun vurulması kimi ikinci hasilat üsullarından istifadə edilir. Suyun vurulması neft hasilatının artırılmasına lay təzyiqinin saxlanmasını və neftin sıxışdırılmasını təmin edir. Bu tədqiqatda suyun vurulması yolu ilə neft hasilatı üsullarının təkmilləşdirilməsi, onların effektivliyi, əməliyyat problemləri və iqtisadi təsirləri ətraflı şəkildə araşdırılır. Suvurma uğurlu ikinci dərəcəli neftvermənin artırılması mexanizmi kimi geniş şəkildə qəbul edilmişdir. Bu üsul, xüsusilə ilkin hasilat üsullarla müqayisədə laydan çıxarıla bilən neftin faizini əhəmiyyətli dərəcədə artırır. Neftin çıxarılması zamanı suyun vurulması prosesi daha səmərəli işlənmə prosesinin aparılmasına imkan verir. Bu metodun müvəffəqiyyəti layların xüsusiyyətləri də daxil olmaqla bir neçə amildən asılıdır. Layın keçiriciliyi qabiliyyəti və məsaməlilik kimi lay xüsusiyyətlərinin suyun vurulmasının səmərəliliyinə təsir göstərə bilər. Kollektor süxurları daxilindəki kapilyar qüvvələr bu metodun müəyyən lay növlərinə tətbiqinin məhdudlaşdırılmasında mühüm rol oynaya bilər. Açar sözlər: suvurma, neft layları, neft hasilat, işlənmə prosesi, su vurucu quyular, sulaşma, hasilat quyular, lay təzyiqi.

Publisher

Education Support and Investment Fund NGO

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3