Author:
Nəcəfova V.Ə.,Məmmədova R.Y.
Abstract
Məqalədə müxtəlif ağırlıq dərəcəli dəmirdefisitli anemiyası (DDA) olan və yaşı 6 aydan 5 yaşa qədər olan uşaqlarda dəmir preparatları ilə müalicədən əvvəl və sonra dəmir mübadiləsi göstəricilərinin və bəzi immun göstəricilərin müqayisəli təhlili məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verdilmişdir. Tədqiqata 63 uşaq daxil edilmişdir. Bunlardan 35 nəfərdə DDA olmuş (əsas qrup), 28 praktik sağlam uşaq isə kontrol qrupunu təşkil etmişdir. Tədqiqat göstərmişdir ki, DDA-lı uşaqlar qrupunda dəmir mübadiləsi göstəriciləri (hemoqlobin, hematokrit, rəng göstəricisi, serum dəmiri, serum ferritini, ümumi dəmirbirləşdirmə qabiliyyəti, gizli dəmir birləşdirmə qadbiliyyəti, transferrinin doyma əmsalı və s.), eləcə də hüceyrə immunitetinin həm anadangəlmə (NK-CD56+), həm qazanılma (CD3+, CD4+, CD8+) komponentləri müalicədən əvvəl kontrol qupu ilə müqayisədə az olmuşdur. DDA qrupunda olan uşaqlarda dəmir tərkibli preparatların (aktiferrin, totema, ferrum lek) 8-16 həftə ərzində peroral qəbulundan sonra qanda dəmir göstəricilərinin səviyyəsi və hüceyrə immuniteti göstəricilərinin hər birinin nisbi sayı müalicədən əvvəlki qrupla müqayisədə artaraq kontrol qrupunda olan səviyyəyə yaxınlaşmışdır. Bütün bunlar göstərir ki, müalicənin effektiv nəticəsi, xəstəliyin gələcəkdə yarada biləcəyi ağırlaşmaların qarşısını almağa imkan verə bilər.
В статье представлены результаты исследования, проведенного с целью сравнительного анализа гематологических и некоторых иммунных показателей, а также показателей обмена железа до и после лечения препаратами железа у детей в возрасте от 6 мес до 5 лет с железодефицитной анемией (ЖДА) различной степени тяжести. К исследованию были включены 63 ребенка. Из них 35 имели ЖДА (основная группа), а 28 практически здоровых детей вошли в контрольную группу. В результате исследования было выявлено, что показатели обмены железа (гемоглобин, гематокрит, цветовой показатель, железо в сыворотке крови, ферритин в сыворотке крови, общая железосвязывающая способность сыворотки, латентная железосвязывающая способность сыворотки, коэффициент насыщения трансферрина и др.), а также врожденного (NK-CD56+) и приобретенного (CD3+, CD4+, CD8+) компонентов клеточного иммунитета в группе детей с ЖДА снизились по сравнению с контрольной группой до лечения. Через 8-16 недель перорального приема железосодержащих препаратов (актиферрин, totema, феррум лек) у детей в группе ЖДА уровень показателей железа в крови и относительное количество показателей клеточного иммунитета увеличились по сравнению с группой до лечения и приблизились к контрольной группе. Все это свидетельствует о том, что эффективный результат лечения позволяет предотвратить осложнения заболеваний.
The article presents the results of a study conducted for comparative analysis of hematological, iron deficiency, and some immune parameters before and after treatment with iron preparations in children aged 6 months to 5 years with iron deficiency anemia (IDA) of varying severity. The study included 63 children, with 35 children diagnosed with IDA (main group), and 28 healthy children were included in the control group. The results of the study showed that before treatment the indicators of iron metabolism (hemoglobin, hematocrit, color index, iron in blood serum, ferritin in blood serum, total iron-binding capacity of serum, latent iron-binding capacity of serum, transferrin saturation coefficient and etc.) were lower in IDA group compared to the control group. Additionally, both innate (NK-CD56+) and acquired (CD3+, CD4+, CD8+) components of cellular immunity were also decreased in the IDA group compared to the control group. After 8-16 weeks of oral treatment with iron-containing drugs (aktiferrin, totema, ferrum lek), the levels of iron in the blood and relative numbers of cellular immunity indicators increased in the IDA group compared to their pre-treatment levels and approached the levels seen in the control group. This finding highlights the effectiveness of treatment in preventing future complications associated with IDA.
Publisher
Azerbaijan Medical Journal
Reference15 articles.
1. Əlirzayeva X.Ə., Rza liyeva L.M., Hacıyeva G.K. və b. Anemiyası olan preeklamsiyalı adınların anında kiçik və orta molek lyar kütləli maddələrin təyini // Azerbaijan Medical Journal, – Bakı: 2015. №1, s.30-35. [Alirzayeva Kh.A., Rzag liyeva L.M., Hajıyeva G.K. et al. Determination of small and medi m molec lar eight s bstances in the blood of preeclamptic omen ith anemia // Azerbaijan Medical o rnal, – Bak : 2015. №1, s.30-35.]
2. Kumar S.B., Arnipalli S.R., Mehta P. et al. Iron Deficiency Anemia: Efficacy and Limitations of Nutritional and Comprehensive Mitigation Strategies // Nutrients 2022, 14 (14), 2976.
3. Rəhimova E. S. Xronik ürək çatı mazlığı olan xəstələrdə anemiya // Azerbaijan Medical Journal, – Bakı: – 2014. №3, s.129-136. [Rahimova E. S. Anemia in patients with chronic heart failure // Azerbaijan Medical Journal, – Baku: – 2014. №3, s.129-136]
4. Shahverdiyeva I.J., Gurbanova Y.F., Azizova G.I., Islamzadeh F.I. Comparative study of the levels of IL-2, IL-6, IL-8, IL-10 in blood in physiological pregnancy and pregnancy with anemia // Azerbaijan Medical Journal, 2020, № 1, p. 113-118
5. Wu D., Lewis E. D., Pae M. et al. Nutritional Modulation of Immune Function: Analysis of Evidence, Mechanisms, and Clinical Relevance // Frontiers in immunology. 2019. 19(69), p.1-19.