Abstract
Məqalədə son 20 il ərzində Azərbaycanda psixi pozuntulu yeniyetmələr arasında rast gəlinən antisosial davranışın, həyata keçirilmiş ictimai təhlükəli əməllərin xarakteristikasının, bu yaş qrupunda rast gəlinən psixi pozuntuların xüsusiyyətlərinin araşdırılması, psixi pozuntulu yeniyetmə şəxslərin cinayət məsuliyyəti və cəzaçəkmə imkanlarının mümkünlüyünün öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Müxtəlif psixi pozuntulardan əziyyət çəkən 339 yeniyetmənin 363 cinayət işi tədqiq edilmişdir. Tədqiqatdan alınmış nəticələrə görə son illərdə psixi pozuntulu uşaq və yeniyetmələr arasında cinayət əməli törətməyə meyillikdə cüzi də olsa artım olduğu müəyyən edilmişdir. Yaşı 16-dan 18-ə qədər olan psixi pozuntulu yeniyetmələrə nisbətən 16 yaşa qədər uşaqlar arasında cinayət əməlləri törədənlərin sayı daha çox qeyd edilmişdir. Cinayət əməli törətmiş uşaq və yeniyetmələr arasında ağıl zəifliyi (kəmağıllıq) olanlar üstünlük təşkil edir. Tədqiq olunan uşaq və yeniyetmələr arasında “Mülkiyyət əleyhinə olan cinayətləri”n üstünlük təşkil etdiyi məlum olmuşdur (47,4%). Psixi pozuntulu uşaq və yeniyetmələrin 73,3%-i cinayət törədərkən anlaqlı vəziyyətdə olmuşdur. Tədqiq edilənlərin 8,7%-i məhs bu yaş dövründə təkrar cinayətlər törətmişlər. Psixi pozuntulu uşaq və yeniyetmələr arasında 45,2% halda qapalı həbs və ya məhkumluq şəraiti pataloji psixi dəyişikliklərin dərinləşməsinə səbəb olmuşdur.
В рамках исследования, проведенного с целью изучения асоциального поведения среди психически неуравновешенных подростков в Азербайджане за 20 лет, характеристик общественно опасных деяний, психических расстройств, возможности уголовной ответственности и наказания были изучены 363 уголовных дела, совершенных 339 подростками с различными психическими расстройствами. Количество правонарушителей среди детей до 16 лет было выше, чем среди подростков до 16-18 лет с большим количеством психических расстройств. Среди детей и подростков, совершивших преступные деяния, преобладают лица с умственной отсталостью (отставанием в развитии). Среди обследованных детей и подростков преобладали «преступления против собственности» - 47,4%. 73,3% детей и подростков с психическими расстройствами находились в состоянии сознания при совершении преступления. 36,1% обследованных совершили повторные преступления. По сравнению с лицами среднего, пожилого и старого возраста у детей и подростков с психическими расстройствами в 45,2% случаев условия закрытого содержания или осуждения приводили к углублению патологических психических изменений.
The article provides information on a research study conducted to investigate the characteristics of antisocial behavior, the execution of socially dangerous acts, and the specific features of psychological disorders prevalent among psychologically disturbed adolescents and youth in Azerbaijan over the past 20 years. The research aimed to explore the criminal responsibility and sentencing possibilities for psychologically disturbed youth. A total of 363 criminal cases involving 339 psychologically disturbed adolescents were examined. The results of the investigation revealed a slight increase in the inclination of psychologically disturbed children and adolescents to commit crimes in recent years. It was noted that among psychologically disturbed youth aged 16 to 18, those under 16 were more likely to commit crimes. Individuals with intellectual disabilities predominated among those who committed crimes. It was also found that crimes against property accounted for the majority (47.4%) of offenses committed by psychologically disturbed youth. The study revealed that 73.3% of the individuals were in a conscious state when committing the crimes, and 8.7% had a history of repeated offenses during this age period. Additionally, 45.2% of psychologically disturbed youth had experienced a worsening of pathological psychiatric conditions leading to incarceration or imprisonment.
Publisher
Azerbaijan Medical Journal