Author:
G.S. Hasanov ,Z.I. Kamilova ,Sh.Kh. Samedov
Abstract
İntensiv məşq prosesləri, sadəcə futbolçuların nəticələrini yaxşılaşdırmaqla qalmayıb, eyni zamanda onlarda olan biokütlə göstəricilərinin də uyğun olaraq dəyişməsinə səbəb olur. Futbolçuların bu göstəricilərinin daim yoxlanılması, onların oyunlara nə dərəcədə hazır olması və göstərə biləcəkləri performansın öncədən proqnozlaşdırılması üçün olduqca əhəmiyyətlidir. Tədqiqatın məqsədi, futbolçuların biokütlə göstəricilərinin futbolçuların performansları üzərindəki təsirlərini öyrənmək və yaş dövrləri üzrə onları nəzarətdə saxlamaqdır.