Author:
L.E. Binnetli ,Z.I. Kamilova ,Sh.Kh. Samedov
Abstract
Futbol komanda şəklində oynanan oyun olsa da komandanın üzvlərinin fərdi göstəriciləri və performansları komandanın nəticələrini təyin edir. Futbolçunun performansına təsir edən faktorların başında genetik faktorlar, düzgün məşq və qidalanma durur. Futbolçularda karbohidratların, vitaminlərin, protein və mineral maddələrin balansının qorunması performansı da qoruyur.Performansın qorunması, yüksəldilməsi və futbolçunun uğur qazanması üçün protein və mineralların miqdarının optimal səviyyədə saxlanılması əhəmiyyətli dərəcədə vacibdir.