Author:
Elvin Seyfullayev Elvin Seyfullayev
Abstract
Təbii qazın neft və kömürdən fərqli olaraq daha az Karbon dioksid emmissiya etməsi ilə əlaqəli olaraq, qaz ən təmiz yanacaq növü kimi qiymətlədirilir. Buna görə də, bəzi ölkələrin öz sənaye işlərində qaz enerjisinə keçid etməsi təsadüfi faktor deyil. Həmin ölkələr daha çox iqtisadi səmərə əldə etmək üçün, eləcə də, baş verə biləcək fasilələrdən sığortalanmaq məqsədilə qazların yığılmasına böyük maraq göstərir. Belə ki, qazların yer üzərində saxlanılmasının səmərəsiz olması nəzərə alınaraq, yer altı qaz anbarları araşdırılmışdır.
Bu anbarların, tükənmiş neft qaz yataqlarında, duz və su təbəqələrində və lazım gəldikdə, suni şəkildə, partlayış üsulu ilə qaya boşluqlarında da yaradılması mümkündür. Bütün sadalanan yeraltı qaz anbarları növlərindən ən səmərəlisi olaraq, duz mağaraları qəbul edilmişdir. Buna səbəb, duzun qazı keçirməzlik xüsusiyyətidir. Duz təbəqələrinin, yeraltı qaz anbarı olaraq, hazırlanması, digər üsullarla müqayisədə daha baha olsa da, bu anbarlardan qazın istehlak üçün çıxarılması debitinin daha yüksək olması qeyd edilmişdir. Yeraltı qaz anbarlarından istifadə payına, yəni qaz saxlama həcminə görə, dünya ölkələri arasında statistik nəticələr araşdırılaraq, əlavə edilmişdir.
Digər tərəfdən, təbii qaz anbarlarının operatorlarının rastlaşdığı problemlərdən biri də, anbarlarda eləcə də, qaz nəql xətlərində qaz hidratının əmələ gəlməsi məsələsidir. Hidratların həm boru daxilində, həm də qaz anbarlarında əmələ gəlmə səbəbləri araşdırılmış və ona qarşı mübarizə metodları öyrənilmişdir. Hidrat əmələ gəlməsinin nəql prosesinə, eləcə də, qaz anbarlarının fəaliyyətinə təsiri, yəni yaratdığı problemlər araşdırılmışdır.
Hidratlarla mübarizə üçün 5 effektiv üsul qeyd edilmişdir. İhibitorlar, xüsusən də, kinetik inhibitorlar hidrat əmələ gəlməsinə qarşı mübarizədə ən effektiv metod kimi qiymətləndirilmişdir. Belə ki, kinetik inhibitorların həm hidrat əmələ gəlməsi zamanı, həm də artıq formalaşmış hidrat yığının ləğvində kompleks üsul kimi tətbiqi tövsiyyə edilmişdir.
Mexaniki qurğuların, yəni vibratorun formalaşmış hidratın ləğvində tətbiqinin təhlükəli olduğu müəyyən edilmişdir. Belə ki, bu mexaniki qurğular, yaratdığı titrəmə ilə kəmər və ya quyu ağzı hissələrdə olan qaynaq tikişlərinin çatlamasına səbəb ola bilər.
Sonda səmərəli hesab olunan bəzi təkliflər və nəticələr irəli sürülmüşdür.
Açar sözlər: Yeraltı qaz anbarı, hidrat, lay, inhibitorlar, duz mağarası anbarı, antiaqlomerat
Publisher
Education Support and Investment Fund NGO
Reference15 articles.
1. E. Axundzadə. Enerji təhlükəsizliyi baxımından yeraltı qaz anbarlarının strateji əhəmiyyəti. Bakı 2021. Səh.5.
2. Ə.S. Məlikov., Ə.M. İsmayılov., S.Y. Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı 2008. Səh.312.
3. H.F. Mirələmov., Q.Q. İsmayılov., E.X. İskəndərov., F.B. İsmayılova. Təbii qazın nəqli və saxlanması. Bakı 2020. Səh.186.
4. Chittawan Nakarit. Gas hydrate formation and vontrol by the use of chemicals. University of Stavanger 2012.76 pg.
5. Grunvald A.V. The use of methanol in the gas industry as an inhibitor of hydrate formation and the forecast of its consumption in the period up to 2030. Oil and gas business, 2007. 25 p.