Author:
Qasımlı Afiq, Həsənova Amaliya Qasımlı Afiq, Həsənova Amaliya
Abstract
Ürək qan dövranı sisteminin əsas orqanı olub bütün bədənə qanı ötürür. Ürək hər dəfə döyündükdə qan oksigen əldə etmək üçün ürək və ağciyərdən keçir. Bədəndə oksigensiz qan ürəyinizə yuxarı və aşağı vena adlanan böyük damarlar vasitəsilə daxil olur.Hal-hazırda kardioloji xəstəliklərin artımı və nəticədə ürəyin öz fəaliyyətini normal dəvam etdirə bilməməsi bir çox insanın həyatında çətinliklərə səbəb olur. Xəstəliklərin növündən asılı olaraq pasiyentlərin, ürək əmliyyatlarına və hətta transplantasiyasına ehtiyacı olur. Aparılan əməliyyatlar zamanı ürəyin sabit saxlanılmasına ehtiyac duyduqda ürək-ağciyər aparatından istifadə edilir. Cihazın istifadəsində əsas məqsəd qanın ürək və ağciyərdən kənara ötürülməsi ilə aparılacaq əməliyyatın rahatığını təmin etməkdir.
Günümüzün aktual problemi olan kardioloji xəstəliklərdə cihazın istifadəsi qaçınılmazdır. Cihazın tarixi 1931-ci ildən başlayır və Con Gibbon tərəfindən hazırlanaraq inkkişaf etdirilib. Müasir versiyalarında roller və sentrifuqa tipli iki növ nasosdan istifadə edilir. Cihazda olan oksigenerator və nasosların idarə edilməsi elektron ekranlar vasitəsi ilə həyata keçirilir.
Cihaz elektrik itkisi zamanı müəyyən müddət işləyə bilməsi üçün əlavə batareya ilə təmin edilir. Lakin, batareya sadəcə bir neçə saat üçün cihazı işlək vəziyyətdə saxlaya bilir. Batareya sıradan çıxarsa cihaz üzərində yerləşdirilən manual idatəetmə qolları ilə nasoslar əl ilə idarə oluna bilir. Elektron ekranlar touchpad funksiyasına malik olub, capasitiv iş prinsipinə malik olur. Cihaza yüklənən program vasitəsi ilə ekrandan istifadə edərək nasosların sürətini, qana veriləcək elektrolit və oksigen miqdarını dəyişmək mümkündür. Cihazın üstün cəhətləri çox olsa da, hava baloncuğunun yaranması, qanaxma, qan laxtalanması, beyin zədəsi, bütün bədəndə iltihab, ağciyər zədəsi, böyrək zədəsi və ya böyrək çatışmazlığı, çoxlu orqan çatışmazlığı, plevral efüzyon, insult.kimi riskləri mövcuddur. Əks təsirlərin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilir. Əməliyyat zamanı toxuma zədələnməsini minumuma endirmək üçün soyutma üsullarından istifadə edilir. Soyutma üsulları cərrahlara ürək toxumasına zərər vermədən ürəyi uzun müddət dayandırmağa imkan verir. Sərin temperaturlar ürəyin oksigenə olan ehtiyacını azaltmaqla ürək toxumasının zədələnməsinin qarşısını alır. Orqanın uzun müddətli sabit saxlanılması üçün soyutma prosesindən istifadə edilir. Bu zaman ürək saatlarca sabit saxlanılır. Ürək iki yolla soyudulur. Qan ürək-ağciyər maşınından keçərkən soyudulur. Öz növbəsində, bu soyudulmuş qan bütün bədən hissələrinə çatdıqda bədən istiliyini aşağı salır. Digər üsulda isə ürəyin üzərinə soyuq duzlu su tökülür. Soyuduqdan sonra ürək yavaşlayır və dayanır. Ürəyə xüsusi kalium məhlulunun yeridilməsi bu prosesi sürətləndirə və ürəyi tamamilə dayandıra bilər.
Ürək-ağciyər maşını cərrahiyyə əməliyyatınız boyunca ürəyinizin və ağciyərlərinizin funksiyalarını öz üzərinə götürür. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir:
Ürəkdən qanı çəkmək.
Qana oksigen əlavə etmək və karbon qazını çıxarmaq.
Qanın temperaturu və elektrolit səviyyələrinin idarə edilməsi.
Oksigenlə zəngin qanı bədənə geri ötürmək.
Ürəyinmüvəqqəti dayandırılması üçün dərmanların verilməsi.
Əməliyyat zamanı ürəyin qorunması.
Əməliyyat zamanı itirilən qanı rezervuarda saxlamaq.
Açar sözlər: Ürək-ağciyər maşını, roller nasos, sentrifuqa nasos, oksigenerator, rezervuar.
Publisher
Education Support and Investment Fund NGO