İDARƏ OLUNAN ROTOR SİSTEMLƏRİ (İRS) TEXNOLOGİYALARININ TƏTBİQ PERSPEKTİVLƏRİ

Author:

Məhəmməd Şirinov , Zəhra Əzizova Məhəmməd Şirinov , Zəhra Əzizova

Abstract

Neft sənayesinin prosesində ənənəvi istehsalat üsulları üçün əlçatmaz olan ağır karbohidrogenlərin istismarında müasir texnoloji həllərin tətbiqinə ehtiyac yaranır. Bu texnologiyalardan biri maili və üfüqi quyuların qazılmasıdır ki, bu da qazma prosesində yeni problemlərin yaranmasına səbəb olur. Bildiyimiz kimi maili və üfüqi qazımada, quyu lüləsi əyrilik bucağının dəyişdirilməsi, quyu lüləsinin süxur hissəciklərindən təmizlənməsinin yaxşılaşdırılması, alətin tutulma risklərinin azaldılması, maili və üfüqi qazıma zamanı müqavimətin aradan qaldırılması və s. əsas problemlərdəndir. Müasir qazımada bu texnoloji problemlərin aradan qaldırılması üçün əsas yollardan biri - idarə olunan rotor sistemlərindən (İRS) istifadədir. Hal-hazırda maili və üfüqi qazımada ən geniş istifadə olunan üsullardan biri quyudibi mühərriklə qazımadır. Lakin bu texnologiyadan maili və üfüqi qazıma üçün istifadə edərkən, istənilən əyrilik bucağının dəqiqliklə əldə olunmaması, qazıma sürətinin aşağı olması, alətin tutulma riski və s. kimi bir sıra çatışmazlıqlar yaranır. Bu onunla əlaqədardır ki, quyunun üfüqi hissələrini qazarkən müqavimət qüvvələri artıb elə qiymətlərə çata bilər ki, bu zaman baltaya verilən oxboyu yük qazıma kəmərinin quyu lüləsinin divarında sürtünmədən ilişməsini aradan qaldırmaq üçün kifayət etmir ki, bu da quyunun qazılması prosesini xeyli çətinləşdirir. Qazıma prosesində quyudibi mühərrikə alternativ müasir, 1990-cı illərin sonlarında yaradılmış idarə olunan rotor sistemləri (İRS) texnologiyasıdır. IRS-in ən mühüm xüsusiyyəti və buna uyğun olaraq əsas üstünlüyü ondan ibarətdir ki, bu texnologiya bütün qazıma alətinin fasiləsiz fırlanması ilə yanaşı, istiqamətli qazma prosesini tam dəqiqliklə təmin edir, bununla da quyunun təmizlənməsi şəraitini və keyfiyyətini yaxşılaşdırır, boruların yapışmasının və spiral şəkildə bükülməsinin qarşısını alır və qazma sürətinin optimallaşdırılmasını, vaxta və xərclərə qənaət etmək üçün lazımı yükün baltaya ötürülməsini təmin edir. Bundan əlavə, İRS qazma mühərrikləri ilə müqayisədə burulma və yan yüklərin, həmçinin sürüşmə hadisələrini azaldır. Lakin İRS-in effektiv tətbiqi üçün layihə mərhələsində bir sıra texniki və texnoloji aspektlərə diqqət yetirmək lazım gəlir. Açar sözlər: maili və üfüqi quyular, irs texnologiyası, idarə bloku, hibridli irs, vintli quyudibi mühərrik.

Publisher

Education Support and Investment Fund NGO

Reference5 articles.

1. Salavatov T.Sh., Shirinov M.M., Samadov V,N, Maili va ufuqi quyuların qazılması texnika va texnologiyası: darslik - Azarbaycan Dovlat Neft va Sanaye Universitetinin matbaasi. 2017 – 357s

2. Khasanov R.A. Rotornyye upravlyayemyye sistemy. Preimushchestva i nedostatki: materialy nauchno-tekhnicheskoy konferentsii aspirantov i molodykh uchenykh №55, 2004.

3. Akbulatov T. O. Rotornyye upravlyayemyye sistemy: uchebnoye posobiye / T. O. Akbulatov, R. A. Khasanov, L. M. Levinson — Ufa: UGNTU, 2006.

4. Schaaf, S. Mallary, C. R. and Pafitis, D., “Point-the-Bit Rotary Steerable System: Theory and Field Results”, presented at the SPE Annual Technical Conference and Exhibition, Dallas, Texas, U.S.A., 2000, doi:10.2118/63247-MS.

5. S., Cox, J., Blackwell, D., Slayden, W., Naganathan, S.: “High-Dogleg RotarySteerable Systems: A Step Change in Drilling Process”. SPE 124498, presented at the SPE Annual Technical Conference and Exhibition, New Orleans, Louisiana, USA, 4-7 October, 200

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3