DƏYİŞƏN YÜKLƏRİN TƏSİRİ ALTINDA QAZMA QURĞULARININ RİYAZİ TƏDQİQİ

Author:

Əmir Mustafayev, Məsumə Əhmədova Əmir Mustafayev, Məsumə Əhmədova

Abstract

Baxılan məqalədə müxtəlif növ yüklərin təsiri altında işləyən qazma qurğusu modelinin riyazi tədqiqi aparılmışdır. Aparılan çoxsaylı tədqiqatlar göstərdi ki, sistem tarazlıq nöqtəsinə malikdir, yuxarı və aşağı disklər sabit bucaq sürəti ilə fırlanmaqla xarakterizə olunur. Qurğunun bu vəziyyəti onun arzuolunan şəraitdə işləməsini təmin edir. Buna baxmayaraq, yerin dərin qatlarında mühitdən və süxurun keçiriciliyinin dəyişməsindən asılı olaraq qrunt suları və süxurun qeyri-bircinsliliyi sistemdə arzuolunmaz gizli rəqsi hərəkətlərin (titrəmələrin) yaranmasına səbəb olur. Rəqsi hərəkətlər periodik dəyişməklə sistemdə tarazlıq vəziyyəti yarada bilmir. Məqalədə qazma qurğusunun idarəetmə sistemində, sistemin dayanıqlı asimptotik funksiyasının təmin edilməsi üçün aşağı diskə təsir edən sürtünmə momentinin zərərli təsirlərini nəzərə almadan sistemin sabit işləməsini təmin edən qazma qurğusunun idarəetmə sistemlərinin layihələndirilməsi üçün ilkin şərtlər verilmişdir. Bu məqalədə həm də özüqaldıran qazma qurğularının zəif qrunt sularında möhkəmliyinin təmin edilməsi məsələlərinə baxılır. Bu qurğuların həm özləri, həm də ətraf mühitə təsir riski öyrənilmişdir. Bunları nəzərə alaraq qurğularda və ətraf mühitdə riskləri azaltmaq üçün tədbirlər təklif olunmuşdur. Hal-hazırda enerji resurslarının təmin edilməsi dünya ölkələrinin qarşısında duran çox saylı problemlərdən biridir. Bu problemlər yalnız karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərin deyil, həm də öz yataqlarını işlədən ölkələrə aiddir. Son onilliklərdə dəniz şelfində karbohidrogen ehtiyatlarının mənimsənilməsinə baxmayaraq, belə hasilat quruya nisbətən 5-8 dəfə baha başa gəlir. Hal-hazırda dənizdən neft və qaz hasilatı dünya karbohidrogen ehtiyatlarının 35-40%-ni təşkil edir. Dənizdə neft və qaz hasilatı materikdə çıxarılan yataqlardan xeyli dərəcədə fərqlənir. O, çətin aradan qaldırıla bilən çoxsaylı xüsusiyyətlərə və problemlərə malikdir. Karbohidrogen ehtiyatlarının axtarışı və çıxarılması dəniz yataqlarında xüsusi qurğulardan, dəniz platformalarından istifadə etməklə yerinə yetirilir. Açar sözlər. qazma qurğusu, riyazi model, asimptotik dayanıqlıq, fırlanma, disk, süxur,rəqsi hərəkətlər.

Publisher

Education Support and Investment Fund NGO

Reference12 articles.

1. N.V. Kondratyeva, N.V. Kuznetsov, M.A. Kiseleva, G.A. Leonov, E.P. Solovyeva, Hidden periodic oscillations in drilling system driven by induction motor// Preprints of the 19th World Congress The International Federation of Automatic Control Cape Town, South Africa. August 24-29, 2014, Pp. 5872 – 5877.

2. Леонов Г.А., Киселева М.А. Устойчивость электромеханических моделей буровых установок при резкопеременных нагрузках // Доклады Академии наук, 2012, Том 444, Вып. 2, с. 160–164.

3. Киселева М. А., Локальная устойчивость буровых установок, приводимых в движение асинхронным двигателем //Вестник С.-Петерб. ун-та, 2012, сер. 1, Вып. 3, с. 39–41.

4. Киселева М. А., Леонов Г. А. Задача устойчивости буровой установки при резкопеременных нагрузках // Международная научная конференция по механике “Шестые поляховские чтения”, Тезисы докладов, 2012, Санкт-Петербург, Россия, с. 45.

5. Медведева Е. С. Влияние некоторых факторов на силу проявления газлийских землетрясений [Текст] / Е.С. Медведева. - Строительство в особых условиях. Сейсмостойкое строительство. Серия 14. Вып.8. 1985. – с.27-33

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3