Author:
Əmir Mustafayev, Elmir Əhmedxanov Əmir Mustafayev, Elmir Əhmedxanov
Abstract
Mürəkkəb funksiyaları yerinə yetirən böyük qüvvə, gücə və sürətə malik olan müasir maşınların mühərrikləri ilə icraedici orqanlarını birləşdirən ötürmə mexanizmlərinə çox sərt tələblər qoyulur.
Ötürmə mexanizmlərinin əsas funksiyalarına hərəkətin ötürülməsi və ya hərəkətin bir növdən başqa növə çevrilməsi, sürətin dəyişməsi və tənzimlənməsi, maşının icraedici orqanlarına düşən güc balansının düzgün paylanması, maşının işə salınması, söndürülməsi və reversiv (geriyə doğru) hərəkətetmə imkanlarının olması daxildir. Bu funksiyaları dəqiq yerinə yetirən maşınlar fasilələrə yol vermədən, tələb olunan müddətə məhsuldarlığı artırmağa imkan verir. Ötürmə mexanizmlərinin əndazə ölçüləri yığcam olmalı, həm də bu mexanizmlərin istismar zamanı tam təhlükəsizliyi təmin olunmalıdır.
Bəzi hallarda aqressiv və çirklənmiş mühitdə, yüksək və sıfır dərəcədən aşağı temperaturlarda işləyən ötürmə mexanizmlərinə, onların etibarlı işini təmin edən digər tələblər də qoyula bilər.
Göstərilən tələblərin yerinə yetirilməsi mürəkkəb bir məsələdir. Belə məsələlərin həlli, layihəçidən müasir maşınlar və onların konstruksiya materialları, maşın hissələri və onların müasir texniki vasitələrdən istifadə etməklə möhkəmliyə hesabat üsulları, maşın hissələrinin hazırlanma texnologiyalarının maşının uzunömürlülüyünə və qənaətlə istifadə olunmasına təsiri və s. məlumatlar haqqında yaxşı biliklərə malik olmasını tələb edir.
Bu tələblər eyni zamanda istismarçının da qarşısına qoyulur. İstismarçı maşının imkanlarını düzgün qiymətləndirməklə, onu uzun müddətə istismar etmək imkanına malikdir.
Ötürmə mexanizmləri və onların möhkəmliyə hesabat üsulları mexanizmin təyinatından, iş rejimindən və işlədiyi şəraitdən asılı olaraq seçilir.
Layihəsi nəzərdə tutulan ötürmə mexanizminə təsir edən qüvvələrin təsir müddətindən və xarakterindən, mühitin aqressivliyindən və çirklənməsindən, işçi temperaturun dəyişməsindən asılı olaraq mexanizmin elementlərinə aparılan hesabat üsullarında materialın qorxulu kəsiklərində yaranan gərginliklərin buraxılabilən gərginlikdən az olması, emal olunan səthin cilalanması, sürtgü yağlarının növü və digər faktorlar nəzərə alınmalıdır.
Verilmiş ötürmə nisbətində hərəkətin bir valdan digər vala fasiləsiz ötürülməsi əsasən dişli çarx mexanizmləri ilə yerinə yetirilir.
Ötürmə mexanizmləri arasında etibarlı işinə və dəqiqliyinə görə maşınqayırmada və cihazqayırmada dişli çarx mexanizmlərinə geniş yer verilir.
Məqalədə evolvent dişli çarxlarda dayanıqlığın proqnozlaşdırılması üzrə tətbiq edilən avtonom sistemlərdən, habelə yeyilmə zamanı yastı evolvent profilli dişlərin bərpasından və möhkəmləndirilməsindən bəhs edilmişdi. Multiplikativ yeyilmə meyarlarına əsaslanan təhlil alqoritmi təklif olunmuş, əldə edilən nəticələr dişlilərin etibarlılığını və davamlılığını qiymətləndirməyə və yeyilmənin inkişafını proqnozlaşdırmağa imkan verir.
Açar sözlər: evolvent dişli çarx ötürücü, profil, dayanıqlıq, yeyilmə, etibarlılıq.
Publisher
Education Support and Investment Fund NGO
Reference11 articles.
1. Mustafayev Ə.Q. “Texniki mexanika” (II hissə) 2015, 530 səh
2. Mustafayev Ə.Q. “Texniki mexanika” (I hissə) 2013, 240 səh.
3. Chichinadze A.V., red. Treniye, iznos i smazka. Moskva, Mashinostroyeniye, 2003. 576 s.
4. Prokhorov V.P. Variational and non-variational solution methods of flat engagements optimization problem by friction power criterion. IFToMM-2011, 13th World Congress in Mechanism and Machine Science, Guandjuato, Mexico, 2011, paper A9-274.
5. Litvin F.L., Fuentes A. Gear geometry and applied theory. Gambridge, Cambridge Univercity Press, 2004. 800 p.