Abstract
ədqiqatın məqsədini milli neft-qaz sektorunun potensialının, infrastruktur kompleksinin müasir vəziyyətinin və onun ölkə iqtisadiyyatının inkişafındakı rolu və əhəmiyyətinin təhlilini, habelə ümumilikdə bu sektorun inkişafinın iqtisadi artıma təsirinin qiymətləndirilməsi ifadə edir. Tədqiqatın metodologiyası trendli və situasiyalı yanaşmada sistemli təhlilin struktur metodlarına əsaslanır. Tədqiqat arasdırmasında korrelyasiya və digər ekonometrik üsullardan da istifadə olunmuşdur. Tədqiqatın nəticələri - 1988-2011-ci illər ərzində neft-qaz sektorunun ÜDM-in strukturunda rolu və əhəmiyyəti qiymətləndirilmiş, onun yaxın və orta perspektivdə iqtisadi artıma təsirinin proqnozu verilmişdir. Tədqiqatın məhdudiyyətləri: 1) hesablamaların daha uzun müddətləri əhatə etməsi planında aparılmaması; 2) bir sıra artım göstəriciləri ilə bağlı qəti təyinatların olmaması, daha geniş və dolgun statistik mənbə axtarışı çətinlikləri; 3) hesablamalarda metodoloji yanaşma çoxşaxəliyi. Tədqiqatın praktiki əhəmiyyəti - neft-qaz sektorunun iqtisadi artıma təsir proqnozlarının hesablanmasında alternativ mənbə kimi istifadə imkanlığı. Tədqiqatın orijinallığı və elmi yeniliyi - ilk dəfə ümumiqtisad elmi kontekstində «neft-qaz sektoru» anlayışının geniş interpretasiyasının verilməsi, «milli neft strategiyası»nın konseptual təyinatda təqdimatı, neft-qaz sektorunun fəaliyyətini xarakterizə edən əsas göstəricilər sistemi üzrə yeni elmi ümumiləşdirmələrin aparılması, retrospektiv və perspektiv (30 il) dövr ərzində neft-qaz sektorunun ÜDM-in səviyyəsinə təsir istiqamətlərinin qiymətləndirilməsi.
Cited by
2 articles.
订阅此论文施引文献
订阅此论文施引文献,注册后可以免费订阅5篇论文的施引文献,订阅后可以查看论文全部施引文献
1. İQTİSADİ BÖYÜMƏDƏ NEFT AMİLİ;The Caucasus-Economic and Social Analysis Journal of Southern Caucasus;2022-09-22
2. THE OIL FACTOR IN ECONOMIC GROWTH;PIRETC-Proceeding of The International Research Education & Training Centre;2022-09-17