YAŞIL TEXNOLOGİYA, KARBON MENECMENTİ, ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ: AZƏRBAYCAN NÜMUNƏSİNDƏ

Author:

Fərzalı Nuhiyev, Gülnar Mirzəyeva Fərzalı Nuhiyev, Gülnar Mirzəyeva

Abstract

Ətraf mühitin çirklənməsi və təbii resursların azalması kimi səbəblərə görə artıq ölkələr daha təmiz, dayanıqlı və iqtisadi səmərəli texnologiyalardan istifadə etməyə çalışırlar. Bu isə onları yaşıl iqtisasdiyyata keçməyə vadar edir. Yaşıl iqtisadiyyata keçid üçün lazım olan ən önəmli ünsürlərdən biri yaşıl texnologiyadır. Bu texnologiya ətraf mühiti çirkləndirməyən hər hansı texnologiya ola bilər. Günəş, külək, geotermal və digər alternativ enerji mənbələri isə ölkələrin enerjiyə olan tələbatını ödəyə bilər. Lakin, bu enerji növlərinin yüksək investisiya tələb etməsi, enerji istehsalının qalıq yanacaqlara nisbətdə daha az olması kimi problemlər hələ də ölkələrin tamamilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəsinə mane olur. Bundan başqa ölkələrin yaşadığı digər problem isə məhz təkrar emalla bağlıdır. Belə ki, bir sıra məhsullar təkrar emal olunaraq həm resursa qənaət edilə, həm də tullantı azaldıla bilər. Buna baxmayaraq, ətraf mühiti ən çox çirkləndirən tullantılardan olan plastikin təkrar emalının bir çox hallarda mümkün olmaması, emaldan sonra keyfiyyətinin azalması və ən əsası təkrar emal məsrəflərinin ilkin məhsulun yaradılması üçün lazım olan vəsaitdən daha çox olması şirkətlərin bu məhsulların təkrar emalını həyata keçirməyə olan istəklərini azaldır. Ancaq, hər il daha çox plastik istehsal olunub, daha çox plastik tullantıya çevrilir. Azərbaycanda yaşıl iqtisadiyyata keçidi dəstəkləmək üçün aparılan bu tədqiqat işində keyfiyyət araşdırmaları növlərindən olan müsahibədən istifadə edilmişdir. Tədqiqatın kainatını yaşıl iqtisadiyyat sahəsində fəaliyyəti olan bütün müəssisələr/qurumlar təşkil edir. Azərbaycan dövləti yaşıl iqtisadiyyata keçmək üçün bir sıra addımlar atır. Bunlara qəbul edilmiş qanun və sərəncamları, həmçinin dövlət proqramlarını misal gətirmək olar. Lakin, əhalinin yaşıl iqtisadiyyat barədə yetəri qədər məlumatlı olmaması, xaricdən lazimi dəstəyin olmaması, həmçinin keçid üçün konkret planın yoxluğu, alternativ və bərpa olunan enerilərdən daha səmərəli istifadə üçün texnologiyanın olmaması kimi məsələlər bu keçidi ləngidir. Açar sözlər: yaşıl iqtisadiyyat, yaşıl enerji, texnologiya, plastik, dayanıqlı

Publisher

Education Support and Investment Fund NGO

Subject

Microbiology

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3