Author:
Taleh Valehli, Arifə Kərimova Taleh Valehli, Arifə Kərimova
Abstract
Boru kəmərlərinin çəkilməsi üçün gəmilər, yəni boru düzən gəmilər və sualtı boru kəmərləri haqqında məlumatlar bu məqalədə öz əksini tapmışdır. Sualtı boru kəmərlərinin dayanıqlığı,çəkilməsi metodları, onların tikinti işlərinin həyata keçirilməsi zamanı trassanın düzgün seçilməsi, boru düzən gəmilərin iş prinsipi və bu gəmilər vasitəsilə sualtı boru kəmərlərinin çəkilməsi üsulları haqqında məlumatlar da burada göstərilmişdir.
Ölkəmizdə keçən əsrin 60-80-ci illərində, üzən qazma qurğuları ilə təchiz olunan gəmilər Xəzər dənizinin şelf zonasında 200 m-dən artıq dərinlikli quyular qazılmışdır. Azərbaycan alimləri Xəzər dənizindən çıxarılan neft və qazı mədənlərdən quruya nəql etmək məqsədilə sualtı magistral boru kəmərlərinin qurulması problemlərini həll etməyə cəhd göstərmişlər. Sualtı boru kəmərləri ilə nəqlin zamanı bir sıra üstünlükləri yaradır:
-birbaşa daşınma zamanı təmin etdiyindən, neft və qazı saxlamaqdan ötrü yığım məntəqəsinin tikilməsinə ehtiyac yoxdur;
- sualtı boru kəmərləri ilə daşınma zamanı, məhsul itkisi digər nəqletmə proseslərinə görə daha az olur, hətta bu itki minimuma çatır;
-sualtı boru kəmərləri ilə nəql zamanı ekoloji problem qorxusu da azdır.
Açar sözlər : “Süleyman Vəzirov” boru düzən gəmi, trassa, J-üsulu, O-üsulu, S-üsulu,
Publisher
Education Support and Investment Fund NGO
Reference4 articles.
1. Bai Y. & Bai Q. Subsea Engineering Handbook. //Gulf Professional Publishing.- New York, 2010.- 919 p.
2. Roasdale K., Been K., Crocker G., Peek R. & Verlaan P. Stamukha loading cases for pipelines in the Caspian Sea. /Proceedings of the 22nd International Conference on Port and Ocean Engineering under Arctic Conditions (POAC), Espoo.- Finland, 2013
3. Palmer A.C. & Been K. Pipeline geohazards for Arctic conditions.// In: W.O. McCarron (Editor), Deepwater Foundations and Pipeline Geomechanics, J. Ross Publishing, Fort Lauderdale.- Florida, 2011.- Pp. 171–188.
4. Brown R.J. Past, present, and future towing of pipelines and risers. /In: Proceedings of the 38th Offshore Technology Conference (OTC).- Houston, U.S.A., 2006