Abstract
Akustik dalğaların qeyrixətlilik xassələrinin yaranmasına aid tədqiqatlar göstərir ki, elastik dalğaların yayılması prosesi həmişə qeyrixətli baş verir. Belə prosesin yaranmasının əsas səbəbi dalğaların yayılması baş verən mühitdir. Xətti asılılığın meyletmə səviyyəsinin qeyrixətti parametrlə xarakterizə olunması qəbul edilmişdir. Beləliklə, qeyrixətlilik rolunun açılması ilə akustik qeyrixətti parametrin qiyməti maddənin elastiklik xüsusiyyətlərini xarakterizə edən əlavə parametr olur.
Elastiklik xüsusiyyətləri tətbiq olunan gücün qiymətindən qeyrixətti asılıdır. Bu o deməkdir ki, akustik dalğanın bu defektlərdən keçməsi zamanı o güclü qeyrixətti təhriflərə məruz qalır. Yüksək qeyrixətti xarakteristikalara malik sahələrin lokallaşdırılması defektin yerini, hətta mümkündürsə, onun tipini də müəyyən etməyə imkan verir.
Açar sözlər: akustik dalğalar, qeyri xətti parametr, qeyrixətlilik, effekt, akustik üsul.
Publisher
Aspendos International Academy of Medical and Social Sciences. LTD
Reference9 articles.
1. Ультразвук: Маленькая энциклопедия. М.:Советская энциклопедия, 1979. - 400 с.
2. Sato T., Mori E., Endo K., Yamakoshi Yo., Sase M. «A few effective signal processing for reflection-type imaging of nonlinear parameter N of soft tissues.» // Acoustical Imaging. Plenum Press, New York. 1992. Vol. 19, P. 363-368.
3. Zhang D., Gong X.-F., Ye Sh. «Acoustic nonlinearity parameter tomography for biological specimens via measurements of the second harmonics» // J. Acoust. Soc. Am. 1996. Vol. 99, No. 4, Pt. 1, P. 2397-2402.
4. Zhang D., Gong X.-F., Liu J.-H., Shao L.-Zh., Li X.-R., Zhang Q.-L. «The experimental investigation of ultrasonic properties for a sonicated contrast agent and its application in biomedicine» // Ultrasound in Med. & Biol. 2000. Vol. 26. No. 2, P. 347-351.
5. Gong X.F., Yan Y.S., Zhang D., Wang H.L. «The study of acoustic nonlinearity parameter tomography in reflection mode» // Acoustical Imaging. 2003. V.27.