Abstract
Bir neçə onillik bundan öncə beynəlxalq iqtisadi münasibətlərin xüsusi fazası kimi təşəkkül tapan qloballaşma hadisəsi yalnız ötən əsrin 90-cı illərindən başlayaraq ictimaiyyətin diqqətini cəlb etməyə başlamışdır. Müasir iqtisadi ədəbiyyatlarda qloballaşmaya bərabərölçülü olmayan, özünün konkret formasını daim dəyişən təzadlı bir proses kimi yanaşılır. Onun məzmununu dünya bazarları sistemində beynəlxalq ticarətin genişlənməsi və korporativ iqtisadiyyatın transmilli tipinin kəskin otruşması fonunda ölkə və regionların qarşılıqlı asılılığının real artımı təcəssüm etdirir. Digər tərəfdən, qloballaşmanın formalaşmasının tam başa çatmaması da diqqətə çəkilir. Qloballaşmanın mənfi təsirləri iki müxtəlif proseslərin - antiqlobalist hərəkatın və regionlaşmanın yaranışına səbəb olmuşdur. Bu baxımdan da qloballaşma və regionlaşmaya bir-birini tamamlayan və eyni zamanda biri digərini rədd edən proseslər kimi də baxılır. Buna görə də, onlar arasında münasibətləri diskutiv predmetli hesab edirlər. Eyni zamanda qloballaşma və regionlaşma proseslərinə birləşmə və siyasi motivləşmə kimi də baxılır.
Publisher
Azərbaycan Dövlət İqtisad Universiteti.
Cited by
1 articles.
订阅此论文施引文献
订阅此论文施引文献,注册后可以免费订阅5篇论文的施引文献,订阅后可以查看论文全部施引文献
1. THE ROLE OF TAXES IN THEORIES OF ECONOMIC GROWTH AND DEVELOPMENT;PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions;2023-05-12