MULTİFAZALI PARALEL NEFT-QAZ KƏMƏRLƏRİNİN HESABLANMASI

Author:

Gulnarə Zeynalova Gulnarə Zeynalova

Abstract

Məlumdur ki, neft yatağının mədəni dinamik obyekt hesab olunur və onun parametrləri zamandan asılı dəyişir. Bu zaman neft və qaz yığan kollektorlar əhəmiyyətli dəyişikliklərə məruz qalır. İşlək quyuların fondu artdıqca, şəbəkənin buraxma qabiliyyətini artırmaq lazım gəlir. Mədənlərdə, bir qayda olaraq, bu artım paralel boru kəmərlərinin çəkilməsi ilə əldə edilir. Məlumdur ki, çoxxətli boru kəməri sistemlərinin hidravlik hesablanması xeyli çətinliklər yaradır və şəbəkənin hesablama sxemini tərtib edərkən kəmərin diametrindən, giriş və çıxışların sayından asılı olaraq müxtəlif kombinasiyalara rast gəlmək olar. İşdə diametri 150 və 200 mm, uzunluğu 600 m olan paralel boru kəmərlərinin hidravlik hesablanması əsasında Ps = 0,56 MPa son təzyiqdə paralel kəmərlərin qrup hidravlik (sərf) xarakteristikası qurulmuşdur. Hesablama nəticələri göstərdi ki, başlanğıcda hər iki kəmər üçün təzyiq eynidir. Çoxfazalı axının D-150 və 200 mm qolları arasında paylanması müvafiq olaraq 30 və 65 m3/saat təşkil edir. Şəbəkənin hesablanmış hissəsinin son nöqtəsində məlum təzyiqə əsasən başlanğıcda olan təzyiq müəyyən edilmişdir. Açar sözlər: neft yığım şəbəkəsi, çoxfazalı, hidravlik hesablama, qarışığın sərfi, paralel boru kəmərləri, təzyiq.

Publisher

Education Support and Investment Fund NGO

Subject

Microbiology

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3