AĞIR NEFTLƏRİN NƏQLƏ HAZIRLANMASINDA YENI EFFEKTİV KOMPOZİSİYALARIN İŞLƏNMƏSİ

Author:

Aysel Qasımzadə Aysel Qasımzadə

Abstract

Təqdim olunan məqalə ağır neftlərdə yaranan dayanıqlı su-neft emulsiyalarının fərdi reagentlər və onlar əsasında hazırlanmış kompozisiyalar vasitəsilə parçalanmasına, eyni zamanda ən effektli təsir göstərən kompozisiyanın hidrogen sulfidli lay suyunda korroziyadan mühafizə effektinin təyin olunmasına əsaslanmışdır. Təqdiqat obyekti olaraq “SOCAR”-ın Muradxanlı, Bulla-dəniz, Balaxanı, Neft daşları və Suraxanı yataqlarının quyularından hasil olunan dayanıqlı su-neft emulsiyalarından istifadə olunmuşdur. Deemulsasiya tədqiqat prosesi “butulka sınağı” üsulu ilə həyata keçirilmişdir. Deemulsasiyaedici agent kimi ND-12, Dissolvan-4411, Alkan-415, Qossipol qətranı reagentlərindən, eyni zamanda həmin reagentlər əsasında hazırlanan ND-12+Dissolvan-4411,+Alkan-415+Qossipol qətranı=1:1:1:1 (şərti adı A1) və ND-12+Qossipol qətranı=3:1 (şərti adı A2) kompozisiyaları tətbiq olunmuşdur. Tədqiq olunan neft nümunələrində müqayisəli təhlil aparmaq məqsədilə təcrübələr, reagentlərin 800 q/t qatılıqlarında və 20˚C, 30˚C və 50˚C temperaturlarda aparılmışdır. Aparılmış tədqiqatlardan məlum olmuşdur ki, fərdi reagentlər əsasında hazırlanmış kompozisiyalardan olan A2 deemulsasiya xassəsinə görə ən yüksək effektivlik göstərir. Kompozisiya tərkiblərinin istifadə olunması əksər hallarda təmiz halda hər hansı birləşmənin istifadə olunmasına nisbətən daha effektli olur. Bununla əlaqədar olaraq, nisbətən effektiv kompozisiya deemulqatorlarının işlənib hazırlanması və dayanıqlı su-neft emulsiyalarının parçalanmasında tətbiqi müasir neft sənayesinin olduqca aktual məsələlərindən biri hesab edilir. Ağır neftlərin mədənlərdə yığılması enerji xərclərinin əhəmiyyətli dərəcədə azaldılması məsələsi aktual olaraq qalır və dayanıqlı emulsiyaların əmələ gəlməsi ilə qismən əlaqədardır. Ona görə də onun həll edilməsi su-neft emulsiyalarının parçalanması dərəcəsindən çox asılıdır. Hal-hazırda yüngül neftlərin aktiv resurslarının hasilatı hesabına dünyada özlülüyü yüksək olan ağır neftlərin hasilat miqdarının artmasında artışlar aşkar edilmişdir. Aşağı qatılıqlı və orta qatılıqlı dispers sistemlərdən ibarət olan neftlərdən fərqli olaraq, özlülüyü yüksək olan ağır neftlər yüksək qatılıqlı dispers sistemlər hesab edilir ki, bu da onların hasilatı, nəql olunması və emalı proseslərinin effektivliyində öz əksini tapmışdır. Neftlərin keyfiyyəti karbohidrogenlərin tərkibi və xassələrindən, eləcə də onların tərkibindəki qarışıqlardan asılıdır ki, bunlar da emal texnologiyasına, alınan neft məhsullarının keyfiyyəti və çıxımına əhəmiyyətli dərəcədə təsir göstərir, eyni zamanda avadanlıqların daxili səthinin korroziyasına səbəb olur və emal zavodunda bahalı katalizatorları zəhərləyir. Bütün bunlar yekun nəticədə neft emalının dəyərinin və neft məhsullarının maya dəyərinin yüksəlməsinə gətirib çıxarır. Ona görə də emala daxil olmazdan əvvəl nefti hazırlamaq lazımdır, daha doğrusu ondan su, duzlar, mexaniki qarışıqlar və sairə kimi çirkləndiriciləri maksimal kənarlaşdırmaq lazımdır. Suyun iştirakı ilə xloridlər, xlor-üzvi və kükürdlü birləşmələr avadanllıqların intensiv korroziyaya uğramasına səbəb olur. Neftlərin nəqlə hazırlanma prosesində baş verən proseslərdən biri də nəqlə hazırlanma qurğularının daxili səthinin elektrokimyəvi korroziyaya məruz qalmasıdır. Bu səbəbdən də deemulsasiya prosesində korroziya sürətinin azaldılması məqsədilə A2 kompozisiyasının korroziyadan mühafizə effekti tədqiq edilmişdir. Tədqiqat zamanı A2 kompozisiyasının 400 q/t, 600 q/t və 800 q/t miqdarlarından istifadə olunmuşdur. Korroziyadan mühafizədə ən yüksək effekt A2-nin 800 q/t qatılığında müşahidə edilmişdir. Açar sözlər: korroziya sürəti, mühafizə effekti, qatılıq,reagent,kompozisiya, neft, deemulqatorlar, susuzlaşdırma, çökdürmə, hidrogen sulfid, butulka sınağı, dayanıqlı emulsiyalar.

Publisher

Education Support and Investment Fund NGO

Subject

Microbiology

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3