Author:
Şükür Tağıyev, Elnur Hüseynzadə Şükür Tağıyev, Elnur Hüseynzadə
Abstract
Tekstil sənayesi ən böyük və ən qədim sənaye sahələrindən biridir. İqtisadiyyatın yaxşılaşdırılması üçün parça istehsalına olan tələbatı ödəmək və müxtəlif ölkələrə ixrac etmək üçün mühüm sənaye sahələrindən biridir. Baxmayaraq ki, 21-ci əsrdə mövcud olan istehsal texnologiyaları minimum insan müdaxiləsi ilə yüksək səviyyədə avtomatlaşdırılmışdır, texniki xidmət böyük dərəcədə əmək tələb edən işdir və əsasən insan müdaxiləsindən asılıdır. Avtomatlaşdırılmış maşınlara yüksək investisiya qoyuluşunu nəzərə alaraq, keyfiyyət və məhsuldarlıq üçün avadanlıqdan istifadənin optimallaşdırılması çox vacibdir. Ümumi Avadanlıq Effektivliyi konsepsiyası avadanlığın performansını ölçmək və istehsal hədəflərini səmərəli şəkildə yerinə yetirmək üçün vacib bir metrik olaraq ortaya çıxır. Müəssisə daxilində istehsal sisteminin optimallaşdırılmasını təmin etmək üçün texniki xidmətin bütün aspektlərdə effektiv və səmərəli olması çox vacibdir. Qiymətləndirmə indeksi olaraq optimallaşdırma maşın və ya istehsal xəttində boş dayanma itkisi, quraşdırma və sazlama itkisi, sürət itkisi, mal istehsalında ilkin qüsurlar və qüsurlu mal istehsalı səbəbindən məhsuldarlıq itkisini təhlil edilir və təkmilləşdirilir. Bu məqalənin əsas məqsədi tekstil sənayesi üçün Ümumi Avadanlıq Effektivliyini başa düşmək, müəssisələr daxilində sərfəli həllərin həyata keçirilməsi üçün nəzəri çərçivədən istifadə edərək, tekstil sənayesində Ümumi Avadanlıq Effektivliyini hesablamaq və tətbiq etmək müəyyən edilmişdir.
Açar sözlər: məhsuldarlıq, Ümumi Avadanlıq Effektivliyi, Ümumi Məhsuldar Texniki Xidmət, tekstil maşınları.
Publisher
Education Support and Investment Fund NGO
Reference9 articles.
1. Wolska, Marta & Gorewoda, Tadeusz & Roszak, Marek & Gajda, Lesław. Implementation and Improvement of the Total Productive Maintenance Concept in an Organization. Encyclopedia, 2023, 3. 1537-1564. https://doi.org/10.3390/encyclopedia3040110
2. M. Suryaprakash, M. Gomathi Prabha, M. Yuvaraja, R.V. Rishi Revanth, Improvement of overall equipment effectiveness of machining centre using tpm, Materials Today: Proceedings, Vol. 46, Part 19, 2021, Pp. 9348-9353, ISSN 2214-7853, https://doi.org/10.1016/j.matpr.2020.02.820
3. Shehzad, Adeel & Zahoor, Sadaf & Sarfraz, Shoaib & Shehab, Essam. (2018). Implementation of TPM in a Process Industry: A Case Study from Pakistan. https://doi.org/10.3233/978-1-61499-902-7-511
4. Ir.K.Batumalay, Dr.A.S.Santhapparaj, Overall Equipment Effectiveness (OEE) through Total Productive Maintenance (TPM) Practices – A Study across the Malaysian Industries
5. Rautio, T., Kutuniva, K., Makikangas, J., & Mantyjarvi, K. (2018). Simple and Cost Effective System for Overall Equipment Efficiency Measurement./2018 IEEE International Conference on Industrial Engineering and Engineering Management (IEEM), 1895-1899.