Author:
Mətləb Xamiyev, Samir Şahmuradov Mətləb Xamiyev, Samir Şahmuradov,Fidan Şirinova Fidan Şirinova
Abstract
Amino hidroxlorid liqandlı heterogenləşdirilmiş sirkonium fenolyat kompleksləri sintez edilmiş və onların quruluşu müxtəlif analiz üsulları ilə xaraktaerizə olunmuşdur. Sintez edilmiş sirkonium fenolyat kompleksləri müxtəlif alüminium üzvi birəşmələri ilə aktivləşdirildikdən sonra üzvi həlledicilər mühitində onlar iştirakında etilenin oliqomerləşməsi prosesi tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, alınan oliqomer məhsulun paylanması alüminium üzvi birləşməsinin növündən, reaksiya şəraitindən (temperatur, təzyiq və katalizator komponentlərin mol nisbəti) əsaslı sürətdə asılıdır. Birgə katalizator kimi Et2AlCl və Et3Al2Cl3 iştirakında alınan oliqomer məhsul aşağı molekullu olefinlərdən ibarət olduğu halda, birgə katalizator kimi EtAlCl2 iştirakında alınan reaksiya məhsulunun 31-36% - i 350 – dən yüksək temperaturda qaynayan polietilen yağ fraksiyası təşkil edir.
Açar sözlər: etilen, oliqomerləşmə, olefinlər, sirkonium kompleksi.
Publisher
Education Support and Investment Fund NGO