MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ

Author:

Sədaqət İbrahimova, Natavan İbrahimova Sədaqət İbrahimova, Natavan İbrahimova

Abstract

Sənaye Parklarının yaradılması, ölkədə dayanıqlı inkişafın təmin edilməsində və ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. SP-nın məqsədi parkların intellektual inkişafını həyata keçirmək üçün qabaqcıl informasiya texnologiyalarından istifadə etməkdir. SP-in idarəetmə platforması alt sistemlər arasında məlumat mübadiləsini həyata keçirə bilən və parklardakı müəssisələrin tələbatına tez cavab verə bilir. SP-ləri qiymətləndirmək üçün istifadə edilən ən çox yayılmış üsul ierarxik analizdir (AHP). Wang Dövlət Şəbəkəsi Müştəri Xidmətləri Mərkəzinin Şimal-Cənub Kampusunu qiymətləndirmək üçün AHP-dən istifadə edilmiş və ekoloji mühit, idarəetmə səviyyələri, enerjidən istifadə və iqtisadi faydalar baxımından çatışmazlıqlar təhlil edilmişdir. Sənaye Parklarının iqtisadi, ekoloji və sosial dayanıqlığının yüksəldilməsinin ölkə üçün nə qədər əhəmiyyətli olması ilə yanaşı, digər hökumətlərə, maraqlı tərəflərə inklüziv və davamlı inkişafda bir sıra tamamlayıcı alətlər və proseslər də mövcuddur. Sənaye parklarında istifadə edilən yeni texnologiyaları - Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik və s. kimi sənayeləşmə, ölkələrin iqtisadi inkişaf prioritetləri hesab etmək olar. Azərbaycanın əsas məqsədlərindən biri, ölkədə rəqabət qabiliyyətli Sənaye Parklarını yaratmaqla, ixracı artırmaq və ölkə iqtisadiyyatını daha da yüksəltməkdir. Bu da əsas hədəf olaraq, sənayedə qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsi deməkdir. Sənaye Parklarının inkişafında yüksək təminatlı dövlət dəstəyinin olması, bu perspektivliyin qarantı olaraq dəyərləndirilməlidir. Sənaye Parklarının səmərəliliyinə birbaşa təsir edən amillərdən biri də patent fəallığıdır. Sənaye Parklarının tərkibinə daxil olan şirkətlər daha çox patent iştirakı ilə seçilirlər və bu da iqtisadi effektivliyə müsbət təsir göstərir. Patent fəalığı firmaların yeni növ məhsul istehsalını daha zəmanətli edir. Sənaye Parklarının fəaliyyəti konsaltinq, patent-lisenziya, marketinq, reklam və s. sahələrin fəaliyyəti nəticəsində də iqtisadi səmərəliliyin əldə edilməsinə qarant yaradır. Sənaye Parklarında istehsal sahələrinin sənaye potensialını və elmi-texniki tərəqqinin inkişafını gücləndirmək üçün, layihələndirmə, idarəetmə və planlaşdırma metodlardan istifadə etməklə, perspektivliyin əldə olunmasına stimul yaradır. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində Sənaye Parklarının böyük gücə malik olması vacibdir. Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi üçün xarici ölkələrin müsbət təcrübəsinin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. SP-lər beynəlxalq səviyyədə şəhərlərdə, bölgələrdə və bütün ölkələrdə iqtisadi inkişafın kibernetikası olaraq, sənayeləşmənin sürətləndirilməsini, məşğulluğun artırılmasını, adambaşına düşən gəlirin artırılmasını, birbaşa Xarici İnvestisiyaların və yerli özəl investisiyaların cəlb edilməsini, kiçik və orta müəssisələrin gücləndirilməsini, məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasını, ixracın stimullaşdırılmasını, bacarıqların və texnologiya transferlərinin təşviqini, şəhərlərin təşkilini, inkişafını və sair tədbirləri dayanıqlı edir. Sumqayıt Sənaye Parkının investisiya qoyuluşunun həcmi zaman keçdikcə ilbəil artırmaqla, işçi qüvvəsinin və gəlirlərin miqdarını daha da yüksəldəcəkdir. Açar sözlər: Sənaye Parkları, yeni texnologiyalar, Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik, investisiya qoyuluşu.

Publisher

Education Support and Investment Fund NGO

Subject

Microbiology

Reference6 articles.

1. Lowe, Ernest A., Stephen R. Moran, and Douglas B.Holmes. Fieldbook for the Development of Eco-Industrial Parks: Final Report. Research Triangle Park, N.C.: Research Triangle Institute. https://oec.world/en/profile/country/aze#historical-data.

2. Ayres, Robert U., and Lesli W. Ayres. The Industrial Ecology: Towards for Closing the Materials’ Cycle. Cheltenham, UK: Edward E.

3. Chertow Marian. Industrial symbiosis: Taxonomy and Literature. //Annual Review of Energy and The Environment - ANNU REV ENERG ENVIRON, 2000

4. https://www.edu.gov.mb.ca/k12/cur/socstud/frame_found_sr2/blms/4-1.pdf. Stat.gov.az.

5. Geng, Yong & Zhang, Pan & P. Côté, Raymond & Qi, Yu. Evaluating the applicability of the Chinese eco-industrial park standard in two industrial zones. //The International Journal of Sustainable Development & World Ecology, 2008.

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3