Author:
Ləman Niftəliyeva, Akif Xıdırov Ləman Niftəliyeva, Akif Xıdırov
Abstract
Uzun müddətdir ki, ürək-damar sistemi xəstəlikləri olduqca aktual mövzu olaraq tibb sahəsini əhatə edir. Qan axını, damar patologiyalarını aşkarlamaq üçün müasir dövrdə müxtəlif diaqnostik vasitələrdən istifadə olunsa da, ultrasəs metodlarının tətbiq istiqamətləri olduqca müxtəlifdir. Ultrasəs texnikalarından istifadə olunaraq qan dövranı və qan axını parametrlərini müəyyən edən yalnız bir neçə üsul var. Bu metodlar arasında, ultrasəs Doppler metodu xüsusi mövqeyə malikdir. Müasir dövrdə tətbiq imkanlarının genişlənməsi onun istifadəsini daha da təkminləşdirmiş və dəqiqləşdirmişdir. Hazırda, qan-damar xəstəliklərinin diaqnostikası zamanı qan axınının sürət və istiqamətinin təyini və damar rekonstruktiv əməliyyatlarının nəticələrinin qiymətləndirilməsi üçün bu metoddan istifadə etmək olduqca əhəmiyyətli hesab olunur.
Orqanizmdə qan axını dedikdə, qanın damarlar vasitəsilə arteriyalara, kapilyarlara və daha sonra venaya doğru hərəkəti nəzərdə tutulur. Orqanizmdə baş verən bu dövran onun həyat fəaliyyəti üçün olduqca əhəmiyyətli hesab olunur. Digər mayelərlə qanın axını ilə bağlı ortaq cəhət onun yüksək təzyiqli bölgədən aşağı təzyiqli sahəyə axmasıdır. Bu zaman təzyiq dedikdə, qan axını prosesində qanın damar divarlarına qarşı göstərdiyi təzyiq qüvvəsi nəzərdə tutulur. Qanın axın istiqaməti isə aşağı və ya almaqda olan təzyiq gradientinə uyğun olaraq, eyni istiqamətdə axır. Məhz bunu nəzərə alaraq deyilir ki, qanın axın istiqaməti arteriyalardan kapilyarlara sonra isə venalara doğru hərəkətdədir.
Ultrasəs müayinələri zamanı hansı parametrlərin təyin edilməsindən asılı olaraq müxtəlif görüntüləmə rejimlərindən istifadə olunur. Doppler rejimləri özlüyündə müxtəlif formada qruplaşsa da, qan axının istiqamətinin təyini zamanı məhz Rəngli Doppler rejimindən istifadə olunur. Məqalədə qırmızı qan hüceyrələrinin ötürücüyə doğru və ya əksinə istiqamətdə hərəkətinin bu rejimdə mavi və qımızı rənglərin yaranmasına necə təsir etdiyi də nəzərdən keçirilib.
Qeyd etdiyimiz kimi, Doppler ultrasəs sistemləri qan-damar xəstəliklərinin diaqnostikasında geniş şəkildə istifadə edilir. Demək olar ki, əksər doppler sistemlərində çıxışda əldə olunan Doppler siqnalında kvadrat demodulyasiya texnikasını istifadə edirlər. Bu zaman həm irəli, eyni zamanda, əksinə qan axını siqnallarının araşdırılması və tədqiqi zamanı əlavə istiqamətlərə ehtiyac duyulur. Bu zaman analoq üsullarından fərqli olaraq rəqəmsal metodun tətbiqi üstünlük təşkil edəcəkdir. Rəqəmsal metodda da Sürətli Furye Çevrilməsi (FFT) yanaşmasından istifadə olunaraq siqnallar üzərində əməliyyatlar aparılır. Məqalədə hə rəqəmsal metodun mahiyyəti, əhəmiyyəti, tətbiq imkanları, eləcə də, proqram mühitində simulyasiyası göstərilmişdir.
Açar sözlər: Doppler siqnal, rəngli Doppler, rəqəmsal metod, istiqamətin aşkarlanması
Publisher
Education Support and Investment Fund NGO
Reference9 articles.
1. A.K. Jayanthy, N. Sujatha & M. Ramasubba Reddy “MEASURING BLOOD FLOW: TECHNIQUES AND APPLICATIONS .// A REVIEW” Article.- January 2011
2. Doppler Ultrasound, https://my.clevelandclinic.org/health/diagnostics/22715-doppler-ultrasound
3. Abhilash Koratala. Basics of Doppler Ultrasound for the Nephrologist.-Part 1, September 24, 2020
4. Sotomayo, M. Fuentes, F. García Nocetti, E. Moreno, “Método digital para la detección de la dirección del flujo sanguíneo en sistemas Doppler ultrasónicos”.- 2 September, 2002, pp 123 - 127
5. Evans D.H., McDicken W.N. “Doppler Ultrasound, Physics, Instrumentation and Signal Processing.Second Edition.