Author:
Natiq Talıbov Natiq Talıbov
Abstract
Məqalənin məsələsi ətraf mühitin atmosfer havasının potensialından istifadə etməklə aşağı potensiallı istilik enerjisinin elektrik enerjisinə çevrilməsinin effektivliyini yüksəltməkdir; qurğuda isə əldə olunan texniki vasitələri istifadə etməklə ətraf mühitin – atmosfer havasının aşağıpotensiallı istilik enerjisini istifadə edərək elektrik enerjisinin alınması və dəniz suyunun şirinləşdirilməsi üçün soyuqluq enerjisinin alınmasına nail olmaqdır. Aşağıpotensiallı istilik daşıyıcılarından istifadə etməklə elektrik enerjisinin alınması və dəniz suyunun şirinləşdirilməsi üsulu özündə aşağıdakıları birləşdirir: düz elektrik tsikli, haradakı işçi cisim çıxılır, sonra qızdırılır və buxarlandırılır, əmələ gələn buxar turbində genişləndirilərək elektrik enerjisi hasil edərək kondensatlaşdırılır və əks energetik tsikl, haradakı soyuqluq agenti kompressorda sıxılaraq təzyiqi qaldırılır, onun istiliyi işçi cisimdə verilərək soyudulur və detanderdə təzyiqi aşağı salınıb genişləndirilərək daha dərin soyudulur. İşçi cisim ətraf mühitin temperaturundan aşağı temperaturada kondensatlaşdırılır. Soyuqluq agentinin temperaturu kondensatorda sıxılmadan öncə rekuperativ istilikdəyişmə yolu ilə ətraf mühitin temperaturundan aşağı temperatura salınır. Soyuqluq agenti detanderdə işçi cismin kondensatlaşdırılma temperaturundan aşağı temperatura qədər salınaraq soyuducu mayeni soyudaraq, işçi cismin kondensatlaşma istiliyini kənarlaşdırmaq üçün kondensatora ötürülür. Əsas enerji mənbəyi kimi atmosfer havası istifadə edilir. Elektrik enerjisinin hasili turbinləri olan üç blokda aparılır, onların işçi cisimləri aşağı, orta və yüksəktəzyiqli soyuqluq agentləridirlər, ancaq bu turbinlərin kondensatorları ardıcıl, pilləli olaraq soyuducu maye ilə soyudulur. Məqalədə izahı verilmiş qurğuda qoyulmuş qapalı hava qızdırıcısı işçi cismin atmosfer havasının enerjisi hesabına qızmasını və buxarlanmasını təmin edir. Bu da üsulun və qurğunun effektliyini xeyli artırır. Alınan artıq (izafi) soyuqluq enerjisi ilə dəniz suyunun dondurma üsulu ilə şirinləşdirilməsinə yönəldilir.
Açar sözlər: aşağıpotensiallı istilik, elektrik enerjisinin alınması, soyuqluq agenti, ardıcıl pilləli soyutma.
Publisher
Education Support and Investment Fund NGO