Author:
Səfa Hüseynli, Pərviz Nadirov Səfa Hüseynli, Pərviz Nadirov,Sevda Əfəndiyeva, Vida Muradxanlı Sevda Əfəndiyeva, Vida Muradxanlı
Abstract
İon-mübadilə üsulundan istifadə olunmaqla NaY seoliti əsasında NaHY, NaZnY və NaMoY katalizatorları sintez olunmuş və onların iştirakında heksen-1-in çevrilməsi prosesi tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, NaHY nümunəsinə nisbətən keçid metalları ilə modifikasiya olunmuş katalizator nümunələri verilmiş prosesdə daha yüksək aktivliyə malikdirlər. Ən yüksək aktivliyi Mo-tərkibli katalizator nümunəsi göstərmişdir. Onun iştirakında heksen-1-in çevrilmə dərəcəsi 100 % olmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, heksen-1-in qeyd olunan katalizator iştirakında çevrilməsindən alınan С2–С4 olefinlərin və toluolun çıxımı ən yüksək olub, uyğun olaraq 62,3 və 40,3 % təşkil edir.
Açar sözlər: kataliz, seolit, alkanlar, aromatik karbohidrogenlər, kokslaşma.
Publisher
Education Support and Investment Fund NGO