Abstract
Məqalədə əməliyyatdansonrakı erkən dövrdə bitişmə mənşəli bağırsaq keçməzliyinin laparoskopik üsulla diaqnostikasının mümkünlük dərəcəsini aydınlaşdırmaq və adheziolizisin optimallaşdırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Əməliyyatdansonrakı erkən dövrdə mədə-bağırsaq traktının yuxarı şöbələrində bağırsaq keçməzliyi klnikası olan 70 xəstə müayinə və müalicə almışdır. Əsas qrupa 46, kontrol qrupa isə 24 xəstə daxil edilmişdir. Əsas qrupda laparoskopik əməliyyat, kontrol qrupa daxil olan oxşar kateqoriyalı xəstələrdə isə açıq üsul – laparotomiya həyata keçirilmişdir. Tədqiqat göstərmişdir ki, yuxarı-orta və aşağı-orta kəsik üzrə laporatomiyalar bağırsaq keçməzliyinə daha çox səbəb olur. Nazik bağırsaq ilgəklərinin hərəkətli vissero-parietal bitişmələrinin əməliyyatönü ultrasəs diaqnostikasının həssaslığı 94,6%, laparoskopik diaqnostikasının həssaslığı isə 99,2% təşkil edir. Tədqiq olunan qrupların göstəricilərinin statistik təhlili zamanı aşkar edilmişdir ki, azinvaziv texnologiyadan istifadə edərkən intraoperasion (р=0,009) və əməliyyatdansonrakı ağırlaşmaların inkişaf tezliyi [10,9% və 54,1%; (p=0,006)], letallıq səviyyəsi [0 və 4 (16,6%); p=0,021] və stasionarda qalma müddəti [(5,8±2,3 və 14,5±3,4); p=0,045] azalır.
В статье представлена информация о проведенной исследовательской работе по уточнению возможности лапароскопической диагностики кишечной непроходимости спаечного происхождения в раннем послеоперационном периоде и оптимизации адгезиолизиса. В раннем послеоперационном периоде было обследовано и пролечено 70 пациентов с кишечной непроходимостью верхних отделов желудочно-кишечного тракта. В основную группу вошли 46 пациентов, в контрольную – 24. В основной группе при кишечной непроходимости послеоперационного спаечного происхождения выполнялась лапароскопическая операция, а у аналогичных категорий пациентов, вошедших в контрольную группу, выполнялся открытый метод – лапаротомия. Исследование показало, что при лапаротомии с верхнесрединными и нижнесрединными разрезами вероятность возникновения кишечной непроходимости выше. Чувствительность предоперационной ультразвуковой диагностики подвижных висцеро-париетальных спаек петель тонкой кишки составляет 94,6%, а чувствительность лапароскопической диагностики – 99,2%. Статистический анализ параметров исследуемых групп показал, что при использовании малоинвазивных технологий снизилась частота интраоперационных (p=0,009) и послеоперационных осложнений [10,9% и 54,1%; (p=0,006)], летальность [0 и 4 (16,6%); p=0,021], продолжительность пребывания в стационаре [(5,8±2,3 и 14,5±3,4); p=0,045].
The article presents information about research work carried out to clarify the possibility of laparoscopic diagnosis of intestinal obstruction of adhesive origin in the early postoperative period and optimization of adhesiolysis. In the early postoperative period, 70 patients with intestinal obstruction of the upper gastrointestinal tract were examined and treated. The main group included 46 patients, and the control group included 24. In the main group, laparoscopic surgery was performed for intestinal obstruction of postoperative adhesive origin, and in similar categories of patients included in the control group, an open method - laparotomy - was performed. The study showed that laparotomy with upper-middle and lower-middle incisions is more likely to cause intestinal obstruction. The sensitivity of preoperative ultrasound diagnostics of mobile viscero-parietal adhesions of small intestine loops is 94.6%, and the sensitivity of laparoscopic diagnostics is 99.2%. Statistical analysis of the parameters of the studied groups revealed that the incidence of intraoperative (p=0.009) and postoperative complications [10.9% and 54.1%; (p=0.006)], mortality rates [0 and 4 (16.6%); p=0.021], and duration of hospital stay [(5.8±2.3 and 14.5±3.4); p=0.045] decreased with the use of minimally invasive technology.
Publisher
Azerbaijan Medical Journal