Author:
Tural Əliyev Tural Əliyev,Qulam Babayev Qulam Babayev
Abstract
Geoloji məlumatların və geofiziki ölçmələrin birləşməsi nəticəsində neft-qaz sektorunda tikilməkdə olan terminalın keyfiyyətini xeyli yaxşılaşdıra bilər. Məqalədə tədqiqat sahəsi olaraq Sanqaçal qəsəbəsi götürülmüşdür. Bu ərazidə AE-72 tipli ölçü cihazından istifadə edilmiş, davamlı və dayanıqlı tikinti işləri üçün yer təkinin profili haqqında ətraflı məlumat vermək məqsədiylə şaquli elektrik zondlama (ŞEZ) üsulundan istifadə edilmişdir. Terminalın tikintisində təməlin dayanıqlı və təhlükəsiz olmasını təmin etmək üçün yeraltı şəraitin hərtərəfli başa düşülməsi tələb olunur. Ölçmələr zamanı qidalandırıcı AB elektrodları arasındaki məsafə maksimum 100 m qəbul edilmişdir. Qidalandırıcı elektrodlar dəmirdən, qəbul edici MN elektrodlar isə latundan hazırlanmışdır. Aparılmış çöl işləri nəticəsində alınan ilkin materiallar və alınan nəticələr məqalədə şərh edilmişdir. Tədqiqat sahəsinin litoloji kəsilişi 50 m dərinliyə qədər izlənilmiş və xüsusi müqavimət əsasında süxurların bölgüləri aparılmışdır. Üsulu tətbiq etməklə, kəsilişi təşkil edən ehtimal olunan litoloji tərkiblərin əsasən gilli qumlardan, qumlu gillərdən, gillərdən və zəif sementləşmiş qumdaşılarından ibarət olduğunu ehtimal etməyə imkan verir. Kəsilisdə litoloji tərkiblərin qalınlıqları 1,0 - 3,0 m, xüsusi elektrik müqavimətləri isə 1 - 250,0 Om∙m arasında dəyişir. Tədqiqat ŞEZ-in neft terminalının tikintisində faydalılığını nümayiş etdirir və onun geotexniki mühəndislikdə modifikasiya kimi əhəmiyyətini vurğulayır.
Açar sözlər: şaquli elektrik zondlama, mühəndis geofizikası, Sanqaçal, xüsusi müqavimət.
Publisher
Education Support and Investment Fund NGO