GÜC TRANSFORMATORLARININ TEXNİKİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN MÜASİR METODLARI

Author:

Tural Əliyev Tural Əliyev

Abstract

Elektirk enerjisinin istehsal yerindən təlabatçılara qədər fasiləsiz və təhlükəsiz şəkildə ötürülməsi və elektroenergetika sisteminin iş rejiminin etibarlı və dayanıqlı olması çox vacib və kapital tutumlu elementlərdən biri olan, elektrik stansiyalarında və yarımstansiyalarında, həmçinin də elektrik təchizatı sisteminin böyük əhəmiyyət kəsb edən müxtəlif düyünlərində quraşdırılan və istismar olunan güc transformatorlarının qüsursuz işləmələrindən çox asılıdır. Araşdırmalar göstərir ki, müasir dövrdə güc transformatorlarının texniki vəziyyətinin qiymətləndirilməsində istifadə olunan çoxlu sayda kimyəvi və elektriki metodların olmasına baxmayaraq onlar istehsalatın real şərtlərinə tam uğun gəlmir. Normativ sənədlərdə güc transformatorlarının istismar müddəti 25 il göstərilsə də reallıqda onların 40%-dən çoxu nəzərdə tutulmuş istismar müddətindən artıq istismar olunur [1]. CIGRE-nin (Consel International des Grands Reseaux Electriques) qiymətləndirilməsinə görə xüsusi zədələnmə faizi 3%-dən artıq olan transformatorların istismarda qalması iqtisadi cəhətdən münasib hesab edilmir. Belə ki, güc trans¬for¬ma¬tor¬larının sıradan çıxması qəza hallarının yaranmasına, elektrik təchizatının kəsilməsinə, avadanlıqların iş funksiyalarının pozulmasına və nəzərəçarpacaq dərəcədə iqtisadi və ekoloji zərərlərlə müşayət olu¬nan halların yaranmasına gətirib çıxara bilər. Bu isə onu göstərir ki, güc transforma¬tor¬la¬rı¬nın texniki və¬ziyyətinin qiymətləndirilməsi məsələsi əvvəllərdə olduğu kimi hələ də aktual məsələ kimi qalmaqda davam edir. Məqalədə əsas məqsəd elektroenergetika sisteminin ən vacib tədqiqat ob¬yek¬t¬lə¬rin¬dən biri olan güc transformatorlarının texniki vəziyyətinin qiymətləndirilməsinin müasir metod və vasitələrinin analiz olunmasından ibarətdir. Açar sözlər: güc transformatorları, texniki qiymətləndirmə, müasir metodlar, istismar müddəti, risklər və ziyanlar.

Publisher

Education Support and Investment Fund NGO

Reference15 articles.

1. Gavrilenko A.V., Dolin, A.P. Metodika vibracionnogo obsledovaniya silovyh transformatorov. – 2004.

2. Vanin B.V., Lvov Yu.N., Lvov M.Yu. i dr. O povrezhdeniyah silovyh transformatorov. // Elektri-ches¬kie stancii. – 2001, № 9. – S.53-58.

3. Sidelnikov L.G., Sedunin A.M., Sykulev A.Yu. OOO «TestServis» Diagnostika masla v silovyh transformatorah.

4. Sidelnikov L.G., Sedunin A.M., Sykulev A.Yu. OOO «TestServis» Vibrodiagnostika i izmerenie chastichnyh razryadov v silovom transformatore.

5. Golodnov Yu.M. Kontrol za sostoyaniem transformatorov. – M.: Energoatomizdat, 1988 – 88 s.

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3