HIDROGEN GÖSTƏRİCİSİNİN MÜXTƏLİF QİYMƏTLƏRİNDƏ İNHİBİTORUN MÜHAFİZƏ EFFEKTİNİN TƏDQİQİ

Author:

Hüseyn Qurbanov, Mehparə Adıgözəlova Hüseyn Qurbanov, Mehparə Adıgözəlova,Zhang Yu Xin Zhang Yu Xin

Abstract

Hal-hazırda neft sənayesində yeraltı və yerüstü neftmədən avadanlıqlarının, o cümlədən, nasos-kompressor borularının, nasos ştanqlarının, atqı xətlərinin, kollektorların, mədəndaxili boru kəmərlərinin korroziyadan mühafizəsi zamanın tələbindən irəli gələn aktual bir məsələ olaraq qalmaqdadır. Nəzərə almaq lazımdır ki, korroziya yeyilmələri sayəsində istehsalata dəyən ziyan tək metalkonstruksiyaların vaxtından əvvəl sıradan çıxması və onunla əlaqədar yeni əlavə kapital qoyuluşu tələb olunması kimi qəbul edilməməlidir. Avadanlıqların vaxtından əvvəl sıradan çıxması, hasilat quyularının plansız dayandırılması sayəsində hasilatın azalması ilə yanaşı müəyyən miqdar məhsul itkisi və bunun da sayəsində daha böyük problem yarada bilən ətraf mühitin çirklənməsi baş verir ki, bütövlükdə bunlara qarşı biganə qalmaq olmaz.Qurğu və avadanlıqların korroziyaya uğrama problemin həlli istiqamətində müxtəlif üsullar işlənmiş və tətbiq edilmişdir. Bunlardan bakterisid-inhibitorun tətbiq edilməsi ən çox yayılmış və iqtisadi cəhətdən ən səmərəli üsul hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə üzvi və qeyri-üzvi maddələr əsasında hazırlanmış inhibitorlardan istifadə olunmuşdur. Hal-hazırda yerli xammallardan hazırlanmış yeni inhibitorların neft sənayesində tətbiqi olduqca əhəmiyyətlidir. Məlumdur ki, neft yataqlarının uzun müddət istismar olunması onların sulaşmasına səbəb olması mühitin korroziya aqressivliyinin artmasına gətirib çıxarmışdır. Mühitin aqressivliyindən asılı olaraq, elektrokimyəvi və bioloji korroziya prosesinin getməsi, bəzən bioloji korroziyanın elektrokimyəvi korroziyaya keçməsi, eləcə də prosesin əksinə getməsi xarakterik hal almışdır. Belə mürəkkəb şəraitdə korroziyanı prosesini birtərəfli ləngidən inhibitorların tətbiqi istənilən iqtisadi nəticəni vermir. Bu nöqteyi-nəzərdən, neft mədən avadanlıqlarının elektrokimyəvi və bioloji korroziyadan mühafizəsi üçün kompleks təsirli çoxfunksiyalı və ölkəmizdə istehsalı mümkün olan bakterisid-inhibitorların tədqiq olunması zərurəti yaranmışdır. Bir neçə komponentlərdən ibarət olan bu inhibitorlar hər biri ayrılıqda müəyyən təsir gücünə malik olsalar da, onların qarışıgı sinergetiq effektin yaranması nəticəsində eyni zamanda müxtəlif korroziya yaradan təsirləri ləngidir və kompleks təsirə malik olur. Bu baxımından laboratoriya şəraitində sintez edilmiş yeni reagentin korroziya inhibitoru kimi xassələri tədqiq edilmiş və bu məqalədə onların nəticələri öz əksini tapmışdır. Beləliklə , ilk dəfə olaraq laboratoriya şəraitində 5,8 q/l NaCl iştirakı ilə hidrogen xlorid təsirindən pH-ı 2.4,6 karbon qazı və hidrogen sulfid qazı olmayan mühitlərdə, həmçinin hidrogen sulfid qazının ayrı ayrılıqda olduğu qeyd edilən aqressiv mühitlərdə yeni S-1 reagentinin korroziyadan mühafizə effekti tədqiq edilmişdir. Hidrogen sulfid və karbon qazı olmayan korroziya mühitində S-1 reagentinin mühafizə effekti zəif olmuşdur.Lakin mühitin turşuluğu və reagentin qatılığı artdıqca inhibitorun korroziyadan mühafizə effektivliyidə artır. Ən yüksək effek pH=2.0 qiymətində və reagentin 30mq/l qatılığında müşahidə olunur. Bu zaman reagentin korroziyadan mühafizə effekti 97% təşkil edir. Karbon qazı və hidrogen sulfid olmayan pH=4.0 və pH=6.0 olan mühitlərdə inhibitorun 30mq/l optimal qatılığında mühafizə effekti uyğun olaraq 66 və 64% olur..Hidrogen sulfidin mühitə əlavə edilməsi zamanı korroziya sürətinin və S-1 inhibitorunun mühafizə effektivliyinin artmasına səbəb olur.Lakin inhibitorusuz mühitdə hidrogen sulfidin qatılığının yalnız CH2S = 400 mq/l-ə qədər artması pH-ın bütün qiymətlərində korroziya sürətinin artması ilə müşayiət olunur.Korroziya mühitinə 1000 mq/l hidrogen sulfidin əlavə edilməsi inhibitorsuz mühitdə korroziya sürətinin zəifləməsinə və inhibitorun Cing = 10 mq/l miqdarında isə mühafizə effektinin bir qədər azalmasına gətirib çıxarır. Açar sözlər. karbon qazı, hidrogen sulfid, korroziya, mühafizə effekti, inhibitor,pH, reagent, korroziya surəti, qatılıq.

Publisher

Education Support and Investment Fund NGO

Subject

Microbiology

Reference20 articles.

1. Sultanova D.A., Mardashov D.V., KHusainov R.R. Issledovanie vliianiia ingibitorov soleotlozhenii na effektivnost primeneniia ingibitorov korrozii v neftianykh skvazhinakh // Nauchno-tekhnicheskii zhurnal «Inzhener-neftianik», 2016, №2, pp.53-56

2. Sultanova (Khusainova) D.A., Maksutin A.V., Khusainov R.R. Laboratory research on the effectiveness of the corrosion inhibitors application for the conditions of West Siberian oilfields // Life Science Journal.- 2014, 1(8s).; ISSN: 1097-8135 (Print) / ISSN: 2372-613X.

3. Sultanova (Khusainova) D.A., Mardashov D.V. Research of the effect of scale inhibitors on the effectiveness of corrosion inhibitors in oil wells // International Journal of Applied Engineering Research. – 2016,11(18).; ISSN: 1097-8135 (Print) / ISSN: 2372-613X.

4. Semenova I.V., Florianovich G.M., KHoroshilov A.V. Korroziia i zashchita ot korrozii / Pod.red. I.V.Semenovoi.- M.: FIZMATLIT, 2002, 336 s.

5. Plotnikova M.D., Shein A.B. Ingibirovanie korrozii malouglerodistoi stali v kislykh i neitralnykh sredakh // Izv. vuzov. KHimiia i khim. tekhnologiia.- 2013, vol. 56, №. 3, pp. 35-40.

同舟云学术

1.学者识别学者识别

2.学术分析学术分析

3.人才评估人才评估

"同舟云学术"是以全球学者为主线,采集、加工和组织学术论文而形成的新型学术文献查询和分析系统,可以对全球学者进行文献检索和人才价值评估。用户可以通过关注某些学科领域的顶尖人物而持续追踪该领域的学科进展和研究前沿。经过近期的数据扩容,当前同舟云学术共收录了国内外主流学术期刊6万余种,收集的期刊论文及会议论文总量共计约1.5亿篇,并以每天添加12000余篇中外论文的速度递增。我们也可以为用户提供个性化、定制化的学者数据。欢迎来电咨询!咨询电话:010-8811{复制后删除}0370

www.globalauthorid.com

TOP

Copyright © 2019-2024 北京同舟云网络信息技术有限公司
京公网安备11010802033243号  京ICP备18003416号-3